İraq İrandakı baş konsulu bu görüntüyə görə geri çağırdı

  • 12.01.2019
  • 0

İraq rəhbərliyi İranın Məşhəd şəhərindəki baş konsulu Yasin Şərifi geri çağırıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi konsulun İrandakı bir cərrahiyyə klinikasını təqdim etdiyi görüntüləri sosial media hesabında bölüşdüyünə görə geri çağrıldığını açıqlayıb.

İraq Xarici işlər naziri Məhəmməd Hakim bildirib ki, Yasin Şərif videoda “bu klinikada plastik cərrahiyyə, saç transplantasiyası, diş sağlamlığı xidmətləri ucuzdur” deyərək bir reklamçı kimi səhhiyə mərkəzini təbliğ edib.

Nə düşünürsən?