Azərbaycanda ''donuz qripi'' yoxdur

  • 11.01.2019
  • 0

Azərbaycanda ''donuz qripi'' yoxdur.



Xezerxeber.az-ın məlumatına görə, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev açıqlayıb.


O, bəzi özəl tibb müəssisələri tərəfindən ''donuz qripi'' əleyhinə vaksin satılması elanlarına münasibət bildirib və belə bir vaksinin olmadığını qeyd edib.


İbadulla Ağayev vətəndaşları belə yalan məlumatlara inanmamağa çağırıb.



Baş epidemioloq 3 xəstəxanada bu virus əleyhinə karantin şəraitdə müalicə aparmaq üçün palataların mövcud olduğunu qeyd edib. O, virusun aşkar olunduğu ölkələrə, xüsusən də Gürcüstana getməyə məcbur olan vətəndaşlara bəzi tövsiyələr də verib.



İbadulla Ağayev mövsümü qriplərə tutulanlara cəmiyyətdən uzaq gəzməyi, ictimai yerlərdə olmamağı tövsiyə edib. Çünki hava-damcı yolu ilə qripin yayılma ehtimalı böyükdür.



Qeyd edək ki, hazırda ölkədəki bəzi özəl tibb müəssələri mövsümü qrip əleyhinə vurulan vaksinləri ''donuz qripi'' əleyhinə vaskin kimi təqdim edir. Bu vaksinin qiyməti isə 30-40 manat arasında dəyişir.






Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?