Metronun qarşısında ürəyindən vurulan gənc tələbədir - Hadisənin şok təfərrüatı

  • 11.01.2019
  • 0

Bakıda Nizami metrosu yaxınlığında gənc oğlan bıçaqlanıb.

Oxu24.com xəbər verir  ki,Yenicag.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, bıçaqlanan şəxs qanaxmadan hadisə yerindəcə keçinib.

Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya  metronun içərisində baş verən mübahisə səbəb olub. Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, ölən şəxs Sabirabad rayonundandır və tələbədir. Onun təxminən 22-23 yaşlarında olduğu bildirilir.