"Kobra" Pərvizin oğlu ilə boks şousu

  • 11.01.2019
  • 0

Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, "Qəbələ" İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu "Kobra" ləqəbli Pərviz Abdullayevin oğlu Yusiflə boks videoları yayılıb.

Publika.az xəbər verir ki, məşhur idmançı instaqram hesabında 5 yaşlı oğlu Yusiflə boks videosunu paylaşıb. Sosial şəbəkələrin sevilən ulduzuna çevrilən balaca Yusiflə atasının boks görüntüləri marağa səbəb olub.

Qeyd edək ki, məşhur idmançı instaqramda oğlu üçün hesab açaraq mütəmadi olaraq onun videolarını paylaşır və onu məşq etdirir.

Nə düşünürsən?