““Beşiktaş” azarkeşiyəm” - Qurban Qurbanov

  • 11.01.2019
  • 0

Türkiyənin "Haber Global" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib. “

Telekanal həmçinin baş məşqçi Qurban Qurbanovdan müsahibə alıb. 

Qurbanov əvvəlcə “Qarabağ”la hədəflərindən danışıb: “Konkret məqsədim yoxdur. Hər il daha yaxı çıxış etməyə, uğur qazanmağa köklənmişəm”.

Təcrübəli mütəxəssis Azərbaycan və Türkiyə arasında futbolçu transferlərinin azlığından söz açıb: “Bu ciddi problemdir. Azərbaycanlı futbolçuların legioner həyatı yaşaması problemdir. İstəyərəm ki, bizim oyunçular Türkiyə Superliqasında iştirak etsin. Çünki səviyyə yüksəkdir”.

Qurbanov Türkiyə millisinə və “Beşiktaş”a azarkeşlik etdiyini bildirib: “Türkiyədəki matçları izləyirəm. Milli komandaya daa çox azarkeşlik edirəm. Klublardan isə “Beşiktaş”ı dəstəkləyirəm”.

Nə düşünürsən?