`Çanye-4` Ayın əks tərəfindən görüntülər göndərib

  • 11.01.2019
  • 0

Çinin "Çanye-4" kosmik aparatı Ayın əks tərəfinin səthinin panoram şəkillərini göndərib.

FaktXeber.com-un məlumatına görə, bu barədə Sinhua Çinin Milli Kosmik İdarəsinə istinadla məlumat verib (CNSA).

Bildirilir ki, 360 dərəcəlik panoram şəkillər  kosmik zondun  üzərinə quraşdırılmış  kamera ilə çəkilib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-dən 8-nə keçən gecə buraxılan aparat Ayın əks tərəfində Fon Karman kraterinə uğurlu eniş edib.

Nə düşünürsən?