Azərbaycan Jeleznovodska gedən turist siyahısında liderdir

  • 11.01.2019
  • 0

Azərbaycan turistləri Rusiyanın Jeleznovodsk şəhərində istirahət etməyə üstünlük verirlər.

Bunu Jeleznovodsk şəhər administrasiyasından bildiriblər.

Məlumata görə, şəhəri ötən il 120 mindən çox xarici qonaq ziyarət edib.

"2018-ci ildə gələn turistlərin sayına görə mütləq lider Azərbaycan olub – 1500-dən çox. Qazaxıstan, Özbəkistan və Ermənistan da ondan geri qalmır. İsrail, Yunanıstan, İtaliya, Avstraliya və ABŞ-dan da Jeleznovodska gələnlər olub", - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, Avropa və ABŞ-dan gələn turistlər istirahət üçün elit sanatoriya və mehmanxanaları deyil, ekanom sinfli sağlamlıq müəssisələrini seçirlər.

Nə düşünürsən?