Müğənni səhnədə azyaşlı uşağı təpikləyib üzünə tüpürdü

  • 10.01.2019
  • 0

Tanınmış qazaxıstanlı müğənni Toreqali Toreali konsert zamanı səhnəyə çıxan uşağın ağzına tüpürüb.

Oxu.Az xəbər verir ki, uşaq çevrilib səhnəni tərk edərkən müğənni ona arxadan təpik də vurub.

Müğənninin bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmasa da, Toreqali etdiyini köhnə adətlə əlaqələndirib.

“Kəndimizdə həmişə belə ediblər. Özümə bir daha belə etməyəcəyimi söz versəm də, yenə bunu edirəm”, - deyə o vurğulayıb.

Qədim qazaxlar düşünürdülər ki, əgər istedadlı adamın tüpürcəyi uşağın üstünə düşsə, ona həmin adamın istedadının bir hissəsi keçəcək.

Nə düşünürsən?