Aparıcı canlı yayımda göz yaşlarına hakim ola bilmədi

  • 10.01.2019
  • 0

Müge Anlının verilişindəki Palu ailəsinin hekayəsi hər kəsi ağladıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, verilişə qızları və nəvələrinin itkin düşdüyü iddiası ilə müraciət edən Palu ailəsində ortaya çıxan hadisələr Türkiyənin gündəmini zəbt edib. İddiaların mərkəzindəki əsas şəxslər Tuncer Ustael və arvadı Əminə Ustael canlı yayımda polislər tərəfindən həbs edilib.

Verilişin aparıcısı Müge Anlı baş verən hadisələrdən sonra göz yaşlarını tuta bilməyib. Anlı, göz yaşlarının xoşbəxtlikdən olduğunu və itkin düşmüş Məryəm Tahnal və qızı Məleykə Tahnalın tək bir sümüyünün tapılması halında məzarlarını hazırladacağını bildirib.

Nə düşünürsən?