Bakıda kanalizasiya borusu partladı, qəsəbəni üfunət bürüdü

  • 09.01.2019
  • 0

Yoldan keçən kanalizasiyanın partlaması Zığ sakinləri üçün problem yaradıb. Çirkli su birbaşa qəsəbənin mərkəzi yoluna və obyektlərin qarşısına axıb.



Xezerxeber.az-ın məlumatına görə, qəsəbənin mərkəzi yolunun yaxınlığından keçən kanalizasiya borusunun partlaması bu mənzərənin yaranmasına səbəb olub.



Üfunət qoxan çirkli su yolları keçilməz edib. Xüsusən piyadalar və avtomobillər üçün çətin anlar yaşanıb.



Sakinlərin sözlərinə görə, ərazidə eyni mənzərə uzun müddətdir yaşanır.



Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirildi ki, artıq qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Sözügedən ərazinin kanalizasiya xətlərinin yenidən qurulması və axan suyun qarşısının alınması istiqamətində konkret işlər görüləcək.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim ed

Nə düşünürsən?