Bakıda tanışının evini qarət edən şəxs saxlanıldı

  • 09.01.2019
  • 0

Bakıda tanışının evinə oğurluğa girən şəxs ordan külli miqdarda pul oğurlayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib. Məlahət Zülfüqarova ərazi üzrə 25-ci polis şöbəsinə məlumat verib ki, evdə olmadığı vaxt içərisində 5 min manat, 1500 dollar, 750 avro və müxtəlif sənədlər olan seyf oğurlanıb.

Şöbə əməkdaşları dərhal əməliyyat qrupu yaradaraq qarət edilən mənzilə baxış keçiriblər. Çox çəkməyib ki, əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sadiq Abbasov saxlanılıb.

O, ifadəsində zərərçəkənin tanışı olduğunu və bir neçə ay əvvəl həmin evdə qonaq olan zaman mənzilin açarlarından birini oğurladığını bildirib. Zərərçəkənin mənzildə olmadığını biləndən sonra Sadiq Abbasov həmin açarlar vasitəsilə evə daxil ola bilib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?