“Huawei”dən mükəmməl yenilik

09.01.2019 | 31 | 0

"Huawei” şirkəti tərəfindən işlənib hazırlanmış "Facing Emotions” proqramı gözdən əlil istifadəçilərə həmsöhbətinin emosiyalarını müəyyənləşdirməkdə kömək edəcək.

"Texkult” xəbər verir ki, Polşa Korlar Assosiasiyasının himayəsi altında yaradılmış və "Huawei Mate 20 Pro” smartfonu üçün uyğunlaşdırılmış proqramda insanın mimikasını anında tanıyan və onun psixoemosional vəziyyətini qiymətləndirə bilən sifət skaneri üçün süni intellektdən istifadə edilib. Smartfonun kameraları həmsöhbətin sifətini skan edir, onun dodaq, burun, göz və qaşlarını müəyyənləşdirir, insanın həmin an əhval-ruhiyyəsini hiss etdirir.

Proqram ümumilikdə 7 növ əsas emosiyaları və onların arasındakı keçidləri tanıyır. Emosiyaların səsləndirilməsi üçün gözdən əlil bəstəkar Tomaş Bileski tərəfindən yazılmış qısa səsli markörlər tətbiq edilir. Sınaq iştirakçıları qeyd ediblər ki, siqnal səslə deyil, əl üzərindəki toxunuş sensoru ilə ötürüldükdə də emosiyalar arasındakı fərq asanlıqla hiss edilir. Tamamilə avtonom işləyən bu proqram internetə qoşulma tələb etmir.(AZƏRTAC)


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?