Ərdoğan hicablılara söz atan aktrisanı tənqid etdi: " Bu, faşistliyin ən pik həddidir"

  • 09.01.2019
  • 0

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hicablı xanımlara söz atan aktrisa Dəniz Çakır barədə açıqlama verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə lideri AK Partiyasının qrup iclasında çıxış edərkən hicablı xanımlara "Bura Ərəbistandır? Ora gedin”- deyən aktrisanın sözlərinə reaksiya verib.

Ölkə başçısı aktrisanı faşist adlandıraraq bunları deyib: "Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistanına gedin” demək faşistliyin ən pik həddidir. Onlara bu şəkildə sataşanların peşəsi sənətçidir. Dərd başqadır. Bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK Partiya tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan bir siyasi təfəkkürdür”.

Nə düşünürsən?