Ermənistanda çağırışçıları daşıyan avtobusa hücum etdilər

09.01.2019 | 83 | 0

Ermənistanda hərbi çağırışçıların olduğu avtobusa hücum edilib. Çağırışçıları hərbi komissaralığa aparan avtobusa hücum yanvarın 8-də baş verib.

Avtomobildə olan bir qrup gənc avtobusu əhatəyə alıblar. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbi ilə söyməyə və yumruqlamağa başlayıblar. Qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər. 

Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə nazirliyinin maşınına ciddi ziyan vurublar. 

Artıq polis insidenti törədənlərdən birini yaxalaya bilib. Hadisənin digər iştirakçıları isə gizləniblər. 

Nə düşünürsən?
Loading...