“Çelsi” “Tottenhem”lə bacarmadı

  • 09.01.2019
  • 0

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, mərhələnin ilk oyununda “Tottenhem” öz meydanında “Çelsi” ilə qarşılaşıb.

Matçın taleyini penaltidən vurulan qol həll edib. 27-ci dəqiqədə Harri Keyn “Tottenhem”ə qələbə qazandıran qolun müəllifi olub.

Komandalar arasında cavab matçı 24 yanvarda keçiriləcək.

Nə düşünürsən?