"Bir instagramlıq canı olan insanların sayı çoxdur"

  • 08.01.2019
  • 0

​Məşhurların son zamanlarda olan sosial media marağı göz qabağındadır.Eyni zamanda sosial media üzərindən məşhurlaşanlar da az deyil.

Mətbuat.az xəbər verir ki, teleaparıcı Murad Əzimzadə öz sosial media hesabinda video paylaşıb. Aparıcı “dostlar təsəvvür edin ki, İnstagram yoxdur. Görün nə qədər model, fotomodel, aktrisa, aktyor, viner və s. bu qəbildən olan insanlar yoxa çıxacaqlar. Bir İnstagramlıq canı olan insanların sayı çoxdur. İnstagramdaki izləyicilərinin sayına görə yekəxanalıq edirləramma yekəxanalıq etmək olmaz çünki bir gün İnstagram olmaya bilər” sözlərini deyərək bir çoxlarına söz atıb.

Qeyd edək ki, videonu izləyənlər də aparıcı ilə eyni fikirdə olduqlarını bildiriblər.

Nə düşünürsən?