200 milyon insan ayağa qalxdı

  • 08.01.2019
  • 0

Hindistanın 200 milyon vətəndaşı ağır yaşayış şərtləri və dövlətin sosial siyasətinə etiraz olaraq 2 günlük ümummilli tətilə başlayıblar.

"NDTV” telekanalı xəbər verir ki, etiraz aksiyalarının təşəbbüskarları yerli həmkarlar ittfaqları və solçu hərəkatların liderləridir. Etirazçılar minimum əmək haqqı və pensiyaların artırılmasını, işsizlikdən müdafiə, sosial təminatların gücləndirilməsini tələb edirlər.

Qeyd olunub ki, bəzi yerlərdəki etirazlarda zorakılıq və polislə qarşıdurma müşahidə olunur. Cənubdakı Kerala ştatında aksiya iştirakçıları dəmiryollarında oturaq etirazlar keçirirlər. Avtomobil şoselərində də maşınların hərəkəti bloklanıb.

Artıq sənaye, bank, sığorta və nəqliyyat sektorları işçilərinin də aksiyalara qoşulduğu bildirilir. Tələbələr, fermerlər və federal KİV nümayəndələri də etirazları dəstəkləyirlər. Ümummilli aksiyaların təşkilatçıları bəyan ediblər ki, Hindistan hökuməti onların tələb və şikayətlərinə baxmasa, etirazları davam etdirəcəklər.

Nə düşünürsən?