Bakıda ər arvadını qətlə yetirdi

  • 08.01.2019
  • 0

Oxu.Az xəbər verir ki, 2002-ci il təvəllüdlü Fəttayev İbrahim Rafiq oğlu şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İ.Fəttayevə döş qəfəsinin arxa səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir. Daha bir bıçaqlanma hadisəsi isə Türkan qəsəbəsində baş verib. Ər 1980-ci il təvəllüdlü həyat yoldaşı Babayeva Cəmilə Yaşar qızını bıçaqlayıb. Yaralı təcili olaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. C.Babayevaya bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?