FES dekabr ayında faiz artımına gedəcək

  • 02.11.2017
  • 0

ABŞ Federal Ehtiyat Sistemi (FED) 31 oktyabr - 1 noyabr tarixlərində monetar siyasətlə bağlı keçirdiyi növbəti iclasında, gözlənildiyi kimi, uçot dərəcəsini dəyişdirməyib. Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Federal Açıq Bazar Komitəsi (FOMC) faiz dərəcəsini 1,00 - 1,25 faiz səviyyəsində saxlayıb. Qeyd edək ki, analitiklər FES-in bu iclasda faiz dəyişikliyinə getməyəcəyini proqnozlaşdırırdılar. Bununla belə, qurumun dekabrda gözlənilən toplantısında faiz artımına gedəcəyinə dair gözləntilər 85 faizə yüksəlib.