Mənə deyir ki, gərək erməni səni Şuşada öldürərdi - Gəlini tərəfindən döyülən qaynana

  • 07.01.2019
  • 0

Azərbaycanda gəlini tərəfindən döyüldüyünü iddia edən Cavadova Edeliya Cəlil qızı Xəzər TV-də yayımlanan "Səni axtarıran" verilişinə gəlib. BiG.AZ xəbər verir ki, yaşlı qadın bildirib ki, Şuşada böyüyüb: “Öz bacımın oğlunu övladlığa götürüb böyütmüşəm və istədiyi qızla evləndirmişəm. Oğlanın günahı yoxdu. Oğlum yeməyi yatağıma gətirir. Lakin o işə gedəndə gəlinim məni vəhşicəsinə döyür. Mənə deyir ki, gərək erməni səni Şuşada öldürərdi. Nəvələrim onun qorxusundan mənim yanıma gəlmir. Atamın-anamın qəbrinə söyür. O qızla məni qardaşım arvadı tanış edib. Mən oğluma dedim ki, dişini düzəlt. Məni bu sözün üstündə ölümünə döyüb. Qardaşı və qaynı gələndə otaqdan çıxa bilmirəm. Qardaşı bayramda gələndə bütün yeməkləri yığıb aparıb. Hətta bir dəfə anası ilə bir olub məni döydü". big az

Nə düşünürsən?