"Bizim kişilərimiz sevgili yanında rahat olurlar” Vasif Məhərrəmli

  • 07.01.2019
  • 0

ARB TV-də yayımlanan və Dilarə Əliyevanın aparıcılığını etdiyi "Söhbət var" verilişində maraqlı məqamlar yaşanıb.

​Metbuat.az ​xəbər verir ki, verilişin qonaqlarından biridə müğənni Vasif Məhərrəmli  olub. 

 ​ Müğənni verilişdə kişilərin qadınlara etdiyi xəyanətlərdən danışarkən maraqlı fikirlər də söyləyib.

“Bu, aktual mövzudur. Bizdə çalışırlar kişilər xəyanətin altından çıxsınlar, boyunlarına almasınlar. Zaman-zaman tutulub ilişirlər. Amma bir şey var ki, Azərbaycan xanımları uşaqların və ailənin naminə kişilərin səhv addımlarına göz yumurlar. Buna görə də əhsən bizim Azərbaycan xanımlarına. Adət-ənənələrimiz o qədər mükəmməldir ki, tam səmimi deyirəm ki, evdə xanımla rəftar tamam fərqlidir. Uşaqla, ailə ilə kişinin bir yox, bir neçə pərdəsi olur. Amma bizim kişilərimiz sevgili yanında rahat olurlar”.​ 

Nə düşünürsən?