Bakıda avtobus qəzaya uğradı: yaralananlar var

06.01.2019 | 235 | 0

Binəqədi-Balaxanı yolunda yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, qəza saat 17:00 radələrində baş verib: "Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. İlkin məlumata görə, hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

Nə düşünürsən?
Yüklənir...