Azərbaycan filmində 18+ sözlər

  • 05.01.2019
  • 0

Azərbaycanda çəkilən kommersiya filmlərini çəkənlər açıq-saçıq görüntülər ilə yaddaşlarda qalmaq istəyirlər. 

Sfera.az xəbər verir ki, sosial mediada məşhur olan vaynerlər də artıq film sektoruna girişiblər. Yay mövsümündə çəkilən və yetərli tamaşaçı cəlb edə bilməyən filmlərdən biri olan "2 MAL” filmi tənqid atəşinə tuş gəlib. Biabırçılığın pik həddi isə bayram günləri televiziya kanallarımızın bu filmi efirə verməsidir.

Film "YouTube” video portalına yüklənib. Filmi izləyən istifadəçilər aktyor kimi özlərini sınayan vayner Mənsur Şərif və Rəsul Abbasovu tənqid ediblər.

Ssenari cəhətdən uğursuz olan filmdə tamaşaçını güldürmək üçün intim atmacalardan, erotik səhnələrdən bol-bol istifadə edilib. Bu da zövqlü tamaşaçının haqlı tənqidinə səbəb olub.

Filmdən olan parçaları təqdim edirik:

Nə düşünürsən?