Azərbaycan yağı İrəvanda satışda

04.01.2019 | 954 | 0

Ermənistandan olan “Facebook” istifadəçisi Sona Aqekyan öz səhifəsində yazıb ki, Yerevanda Azərbaycan istehsalı olan kərə yağı satılır. Nəticədə bu, ölkədə təlaşa səbəb olub.
“Ölkə.Az” “Oxu.Az”a istinadən xəbər verir ki, sübut kimi S. Aqekyan məhsulun videosunu çəkib, habelə şəkilləri paylaşıb.

Materiallara əsasən, “Moskovskoe” adlı kərə yağı guya Azərbaycanın “Farmer” şirkəti tərəfindən qablaşdırılıb.

Aqekyanın yaydığı məlumata Ermənistan Elmlər Akademiyasının ekoloji-noosfer araşdırmaları Mərkəzinin qida zəncirləri riskinin qiymətləndirilməsi Departamentinin rəhbəri David Pipoyan reaksiya verib. O, Yerevanda bir sıra dükanlarda olduğunu, lakin heç yerdə bu cür yağa rast gəlmədiyini bildirib.

“Dekabrın 30-dək dükanları gəzmişik. Lakin heç yerdə bu cür qablaşmada yağa rast gəlmədim. Bu gün üç rayonda yerləşən dükanlarda belə yağ yox idi”, - deyə o öz səhifəsində yazıb.

Pipoyan artıq məsələ ilə bağlı dövlət orqanlarına müraciət etdiyini də bildirib.

Minval.info

Nə düşünürsən?
Loading...