Lənkəranda vəhşilik - kənd sakini inəyi amansızlıqla öldürdü

  • 04.01.2019
  • 0

Lənkəran rayonunda tükürpədici hadisə baş verib. Kənd sakini həmkəndlisinin inəyini amansızlıqla öldürüb.

Musavat.com xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib.

Kənd sakini Məmmədov Raqib İmamverdi oğlu həmkəndlisinin inəyini öldürüb. Buna səbəb inəyini ona məxsus əraziyə daxil olması olub.

İnəyi öldürülən kənd sakini isə Elnur Əzimovdur. Belə ki, Elnur Əzimova məxsus bir neçə iribuynuzlu heyvan Raqib Məmmədovun ticarət obyektinin və yanındakı yarımtikilinin ərazisindən keçib. Bu zaman Raqib Məmmədov heyvanları daşla vurub. Daha sonra isə heyvanlar iki tikili arasından keçərək qaçmaq istəyiblər.

Bu zaman isə Raqib Məmmədov maşınından küt alət götürərək heyvanları vurmağa davam edib.

Əldə etdiyimiz görüntülərdən də aydın olur ki, heyvanların hər biri küt alətlə vurulduqdan sonra qaçmağa başlayırlar. Lakin həmin heyvanlardan biri iki tikili arasından sıxılıb qalır. Və bu zaman Raqib Məmmədov inəyin baş nahiyəsində çoxsaylı zərbələr endirərək onu öldürüb.

Nə düşünürsən?