“Real” xal itirdi

  • 04.01.2019
  • 0

"Real" İspaniya La Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Madrid klubu 17-ci turda səfərdə "Vilyarreal"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

"Vilyarreal" - "Real" - 2:2
Qollar:
 Kasorla, 4 (1:0), Benzema, 7 (1:1),Varan, 20 (1:2),  Kasorla, 82 (2:2)

17 turdan sonra turnir cədvəlinə 37 xalla "Barselona" başçılıq edir. "Atletiko" 34 xalla 2-ci, "Sevilya" 32 xalla 3-cüdür. "Real"  isə 30 xalla 4-cü pillədə qərarlaşıb.

Nə düşünürsən?