ABŞ-da 15 yaşlı suriyalı qız vəhşicəsinə döyüldü

  • 03.01.2019
  • 0

ABŞ-ın Pensilvaniya əyalətindəki liseydə təhsil alan 15 yaşlı suriyalı Şeyma, məktəbin tualetində irqçi hücuma məruz qalıb. Sfera.az xəbər verir ki,   Pittsburq şəhərində liseyin tualetində irqçi hücuma uğrayan Şeyma xəstəxanaya yerləşdirilib.
 
15 yaşlı Şeyma və ailəsi 2,5 il əvvəl Suriyadan terrorçuların hücumundan qaçaraq ABŞ-ın Pensilvaniya əyalətinin Pittsburq şəhərində məskunlaşıb.   Şəhərdə yerləşən "Chartiers Valley High School" adlı liseydə təhsil alan Şeyma, məktəbin tualetində elektron siqaret çəkən bir qızın hücumuna məruz qalıb.   Hücum edən qız əvvəlcə ondan çölə çıxmasını istəyib. Daha sonra hicablı qızı yerə yıxaraq yumruqlayıb. Bu zaman tualetdə olan şagirdlər hücumu görüntüləyərək sosial mediada nümayiş etdirib.   Qeyd edək ki, ABŞ-da miqrantlara qarşı bu cür hallar tez-tez baş verir. Suriyalı qaçqını döyən qız 3 gün məktəbdən uzaqlaşdırılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb. 

Nə düşünürsən?