Yeni il gecəsi Bakıda faciə - Zırpaket əlində partladı (Dəhşətli görüntülər)

  • 03.01.2019
  • 0

İllərdir 31 dekabr gecəsi uşaqların, hətta böyüklərin əyləncə kimi gördüyü partlayıcı "oyuncaq"lar qanunsuz olsa da satışa çıxrılır. 


Minval.info xəbər verir ki, bu kimi partlayıcılar çox təhlükəlidir. Qanunsuz olmasına rəğmən bayram günlərində açıq şəkildə, hamının gözü qarşısında satılan bu partlayıcıların qurbanları da az deyil. 


Belə ki, getdikcə daha böyük partlama gücünə malik olan "oyuncaq"lardan biri Bakı sakininin əlində partlayıb. Onun baş marmağı əlindən demək olar ki, ayrılıb. 


Bu barədə saytımıza "Mərkəzi Klinika"nın həkimi, ortoped-travmatoloq İltifat Hüseynov məlumat verib. Onun sözlərinə görə, parçalanmış əli tikiblər və hazırda xəstə barmaqlarını normal şəkildə hərkət etdirə bilir. 


DİQQƏT!


Görüntülərə ürəyi zəif olanlar baxmasın! 


Minval.info

Nə düşünürsən?