Vergilər Nazirliyinin kalkulyatoru: Sizə maaşınızdan nə qalacaq?

  • 30.12.2018
  • 0

Vergilər Nazirliyi 2019 cu ildən etibarən əmək haqqından vergi tutulmalarını hesablayacaq kalkulyator hazırlayıb. Bu kalkulyatorla rəsmi müqavilə ilə işləyən vətəndaşlar aylıq olaraq vergi, sosial ödənişlər və işsizlikdən sığorta üçün nə qədər pulödədiklərini rahatlıqla hesablaya biləcək.

Əmək haqqını yazırsan, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta üçün aylıq ayırmaların məbləğini öyrənirsən. Vergilər nazirliyi 2019-cu il üzrə əmək haqqından tutulmaların hesablanması ilə bağlı kalkulyator hazırlayıb. Yeni kalkulyator nazirliyin rəsmi internet səhifəsində yayımalnıb və əmək müqaviləsi ilə çalışan şəxslər üçün keçərldir. Burada ''Gross'' əmək haqqı və ''nett'' əmək haqqı bölmələri var.

Kalkulyatorun ikinci hissəsində Nett əmək haqqını yazmaqla vətəndaş sosial ayırmalarının və işsizlikdən sığorta üçün ödədiyi məbləğin nə qədər olduğunu öyrənə bilər.

Qeyd edək ki, növbəti ildən etibarən 8 min manata qədər maaş alan şəxslər gəlir vergisindən azad edilib. Məbləğ bu rəqəmdən çox olduqda işçidən əlavə 14 % gəlir vergisi tutulur.

Nə düşünürsən?