Hava Limanı yolunda dəhşətli qəza: yol bağlandı

  • 29.12.2018
  • 0

Hava limani yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, "Hundai” markalı 38-BF-285 nömrə nişanlı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yana doğru aşıb, digər minik avtomobili isə yararsız hala düşüb. Yaralılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, qəza səbəbindən həmin yolda sıxlıq yaranıb.

Həmin anın videosunu təqdim edirik:

Nə düşünürsən?