Paşinyanın Rusiya fiaskosu: Təslim oldu

29.12.2018 | 57 | 0

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın seçki sonrası Rusiya səfəri uğursuz və utancverici olub. Beləki Rusiya prezidentindən təbrik mesajı almadan görüşə gedən Paşinyan Ermənistana verilən qazın qiyməti ilə bağlı da razılıq əldə edə bilməyib. Erməni siyasətçilər isə bu görüşün yalnız intriqaların artmasına səbəb olduğunu bildirir.

Ermənistanda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Rusiya səfəri uğursuzluqla nəticələnib. Rusiya prezidenti Vladmir Putin Paşinyanı təbrik belə etmədi. Əksinə səfər zamanı Rusiya prezidenti hazırda barəsində həbs qərarı olanEmrənistanın eks prezidenti Robert Koçaryana təbrik göndərdi.

Politoloq, millət vəkili Rasim Musəbəyov bu son hadislərinin Rusiyanın Ermənistana və onun yeni baş naziriNikol Paşinyana olan münasibətinin açıq göstəricisi olduğunu bildirir.

Üstəlik görüşdən sonra Paşinyan Rusiyadan alınan qazın qiyməti ilə bağlı razılığa gəlmədiyinidə bildirib. Rasim Musabəyovun fikrincə son görüş Paşinyanın öz istəyi ilə reallaşmayıb, bir növ xəbərdarlıq mahiyyəti daşıyıb.

Nikol Paşinyanın davranışları həm onun özünün, həm də Ermənistanın onusuzda aşağı olan nüfuzunun günü gündən azalmasına səbəb olur.

Paşinyanın Rusiya prezidenti ilə görüşünün nəticələri Erməni siyasətçilərinin də narazılığına səbəb olub. Ermənistan Demokratik partiyası lideri Aram Sarkisyan Paşinyan-Putin görüşünün intriqanı daha da gücləndirdiyini bildirib. "Qaz məsələsi Ermənistan əhalisi üçün önəmlidir. Bizə çox maraqlıdır ki, niyə danışıqlar belə uzanır və bu, nə ilə əlaqədardır. Rəsmi məlumata əsaslansaq, belə təəssürat yaranır ki, bu, hansısa protokol görüşü olub. Lakin kadr arxasında nələrin baş verdiyini ancaq təxmin etmək olar. Ən önəmli faktor hər iki lider arasında qarşılıqlı etimadın olmasıdır. Lakin hazırda bu inamın olmasından danışmaq çətindir"- deyə Aram Sarkisyan qeyd edib.

Nə düşünürsən?
Loading...