Bakıda polisi bıçaqladılar - Təfərrüat

  • 29.12.2018
  • 0

Bakıda polis vəzifə başında bıçaqlanıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almış Şəmkir rayon sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Əli Əsgərov yaxalanarkən polis əməkdaşına bıçaqla xəsarət yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nə düşünürsən?