Şamaxıda “DigiGirls” konfransı keçirildi...

  • 29.12.2018
  • 0

 Şamaxıda ilk dəfə Heydər Əliyev Fondunun dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə qızların informasiya texnologiyaları sahəsində roluna həsr olunan “DigiGirls” konfransı keçirilib. Azərbaycanda ardıcıl olaraq beşinci dəfə keçirilən tədbirdə Şamaxıda təhsil alan məktəbli qızlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamaq və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlamaq məqsədilə həyata keçirilir. Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar nümunə olaraq misal gətirilib. Konfrans şagirdlərə gənc qadınların sürətlə inkişaf edən texnologiya sahəsində işləri və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradıb. Sonda məktəbli qızların sualları cavablandırılıb. 

Nə düşünürsən?