Fransız prezidentinin görüşdüyü İmişli nənə kimdir?

  • 29.12.2018
  • 0

Əri öləndən sonra vətəninə qayıtmasına icazə veriləməyən, 90 yaşına qədər İmişlidə yaşayan 6 uşaqlı İvonna Botto - Şirməmmədova haqqında bu günə qədər çoxlarının bilmədiyi maraqlı məlumatlar var.

Ömrünün 71 ilini Azərbaycanda yaşayan fransız əsilli İvonna Botto Fransa Müqavimət Hərəkatının partizanı Şəmməd Şirməmmədova aşiq olub, onunla ailə quraraq, öz sevgisinin arxasınca 1947-ci ildə İmişliyə gəlib. 2011- ci ildə İvonna 65 illik həsrətdən sonra Fransaya ilk və son səfərini edir.

İmişlinin Murğuzalılar kəndində iki il yaşayandan sonra onun həyat yoldaşı Şəmməd Şahməmmədov qəfil vəfat edib. Onların Rəfael adında övladları qalıb. O, Rəfaili də götürüb Fransaya getmək istəsə də, sovet hökuməti onu buraxmamışdı. Bundan sonra İvonna nənə Azərbaycanda yaşamalı olmuşdu. O, sonradan ikinci dəfə ailə qurmuşdu, bu izdivacdan onun bir neçə uşağı var idi. İvonna nənənin 7 övladı, 30 nəvəsi, 22 nəticəsi olub.Azərbaycanın məşhur fransız gəlini ayaq qanqrenasından əziyyət çəkirdi.O, 2018-ci ilin yanvarında vəfat edib. İvanna nənənin maraqlı həyat hekayətini təqdim etdiyimiz videodan izləyə bilərsiniz

Nə düşünürsən?