Bakıda ticarət mərkəzində dava - Administrator qadın müştəriləri təhqir etdi: "1-2 dənə oğlan görmüsüz..."

  • 27.12.2018
  • 0

BAKIDA TİCARƏT MƏRKƏZİNƏ DAVA – ADMİNİSTRATOR QADIN MÜŞTƏRİLƏRİ TƏHQİR ETDİ – ŞOK SƏBƏB 


“Megafun” Ticarət və Əyləncə Mərkəzində müştərilərlə administrator arasında mühabisə düşüb.


A24.az-ın əldə etdiyi məlumata görə, mübahisəyə səbəb isə müştərilən sifariş etdiyi yeməklərin gec gəlməsi olub. Belə ki, sifariş verdikləri yeməklərin ödənişini edən müştərilərə yeməklər gətirilməyib. Daha sonra yeməkləri yedikdən sonra müştərilərin restoranda əyləşməsi administratorun əsəblərini tarıma çəkib.


Onlara yaxınlaşan xanım administrator restoranın yemək üçün istifadəyə verildiyini və yemək yedikdən sonra oranı tərk etməyin lazım olduğunu onların nəzərinə çatdırıb. Bundan sonra qalmaqal yaşanıb. Qadın administrator xanım müştərilərin üzərinə qışqıraraq təhqir edib. Eyni zamanda, onları restorandakı oğlanlardan birinə görə masanı tərk etməməkdə ittiham edib.


Az qala əlbəyaxa davaya çevriləcək mübahisənin restoranın xadiməsi tərəfindən qarşısı alınıb.

Nə düşünürsən?