Tacirin faciəvi şəkildə ölən qardaşının arvadı evdən qovuldu

  • 24.12.2018
  • 0

Sən uşaqları tək qoydun, amma mən onları tək qoymayacam.


Milli.az xatırladır ki, bunu 3 il öncə qardaşı Mahir Allahverdiyevi faciəvi şəkildə itirdikdən sonra onun məzarı üstdə Tacir Şahmaloğlu demişdi.


Aparıcı Zaur Nəbioğlunun Tacirə ünvanladığı "Bu düzdürmü, 4 aydır qardaşın uşaqlarını görmürsən?" sualına müğənninin studiaya gətirilən anası cavab verib: "Gəlin uşaqları məndən qaçırdıb. Mən ona heç nə etməmişəm. Mənim kimi qayınana heç harda yoxdur. Uşaqlar da ki, mənim can-ciyərlərimdir". Zaur uşaqların anası ilə telefon əlaqəsi yaratdıqlarını bildirib: "Qadın söylədi ki, 4 aya yaxındır heç kim nə maddi, nə mənəvi bizim yanımızda deyil. Sadəcə, Tacir bəzi sözlər var, o deyilənlərə "gedir"". Proqramda təqdim edilən süjetdə "evdən qovuldu"ğu deyilən gəlinləri ilə bağlı söz-söhbətə Tacir belə aydınlıq gətirib: "Hər bir ailədə mübahisə olur. Mən hər vaxt o uşaqların arxasında dayanacam. O, uşaqları göstərsə də, göstərməsə də. Mən bilirəm ki, o uşaqlar böyüyəndən sonra əmisinə ehtiyacları olacaq. İmkan olduqca biz 3 qardaş heç öz balalarımıza etmədiklərimizi onlara etmişik və edəcəyik də. Amma lənət şeytana ... Bu, çox belə çəkməz. O da bunu başa düşəcək. Mən onu da başa düşürəm. O insanın ailəsi dağılıb da. O durduğu yerdə uşaqlarının atasını, evinin başçısını itirdi" .

Nə düşünürsən?