“Sənsiz ilk bayramım olacaq, ana” – Təranənin qızı

  • 24.12.2018
  • 0

İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədovanın qızı Suel Səmədzadənin paylaşdığı video hər kəsi üzüb.

A24.Az xəbər verir ki, Suel məktəblərində keçiriləcək tədbirdə söyləyəcəyi “Azərbaycan” şeirini səsləndirib. O, “Məktəbimizdə bayram proqramında şeir söyləyəcəm. Sənsiz ilk bayramım olacaq, ana”, – deyə videoya əlavə edib.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Nə düşünürsən?