Bu “arı”lar suda da üzə bilir

  • 30.10.2017
  • 0

Harvard Universitetinin tədqiqatçılar uça bilən robot "arı"ların funksiyalarını artırıblar. Tədqiqatçılar robot arıların suda üzməsi və quruya qayıdaraq yenidən uça bilməsi üçün ona yeni funksiya əlavə ediblər. Qeyd edək ki, tədqiqatçılar 2013-ci ildə ilk dəfə "RoboBee" layihəsini təqdim etdikdə, həmin robotlar yalnız ayağa qalxa və uça bilirdi. Zaman keçdikcə onların yeni-yeni funksiyaları yaradıldı. Beləliklə, çəkisi 175 qram olan robot "arı"ya texniki bir qurğu - raket əlavə etməklə ona suyun üzərində qalma imkanı yaradılıb.

Nə düşünürsən?