Acun lənətləyirəm dedi, polis hərəkətə keçdi - Türkiyədə qalmaqal

  • 19.12.2018
  • 0

TV8-in "MasterChef" proqramından istefa verən Murad Özdemirin sosial şəbəkədə yaydığı videogörüntü sərt təpkiyə səbəb olub.

teleqraf.com-a istinadən xəbər verir ki, videoda Murad Özdəmirin evdə saxladığı tutuquşunu sanki boğaraq, ona ağır işgəncə verdiyi diqqət çəkir. Tutuquşunun az qala boğulduğunu vecinə belə almayan Özdəmirin hətta bu əməlindən zövq alırmış kimi, bunu Acuna xitabən etdiyi də diqqətdən yayınmır.

Acun Ilıcalı Muradın hərəkətlərinə sərt reaksiya verib və sosial mediada öz fikirlərini paylaşıb:

"Heyvanlara edilən zülmü lənətləyirəm. İnsanlığa sığmayan hərəkət edən amansız insanların cəzalandırılacağına inanıram".

Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.

Qeyd edək ki, sosial mediada bu görüntüləri izləyənlər Muraddan adiyyəti qurumlara şikiayət ediblər.

Murad Özdəmirin narkotik maddələrdən istifadə etdiyi barədə də fikirlər səsləndirilib. Onun polis tərəfindən saxlanıldığı bildirilir.

teleqraf com

Nə düşünürsən?