Azərbaycanlı müğənninin toyda ağzına milçək girdi

  • 19.12.2018
  • 0

Əməkdar artist Mətanət İsgəndərli “Gündən-günə” proqramına qonaq olub.

Oxu24.com xəbər verir ki, müğənni canlı efirdə başına gələn maraqlı əhvalatlardan söz açıb.

Sənətçi verilişdə toyda ifa edərkən ağzına milçək girdiyini qeyd edib: “Heç vaxt yadımdan çıxmaz. Toyda oxuyurdum, boğazıma milçək girdi. Nəfəs borumda idi, boğulurdum. Bütün toyun qonaqları üstümə töküldü. Gördülər ki, ağzıma milçək girib”.