Dünyasını dəyişən musiqiçinin ürək dağlayan son mesajı: "Təzə paltar almışam"

  • 19.12.2018
  • 0

Xəbər verdiyimiz kimi ötən gün tanınmış klarnet ifaçısı Zahid Əliyev (Zahid Sabirabadlı) dünyasını dəyişib.

A24.Az xəbər verir ki, ötən gün Xəzər TV-də yayımlanan 5/5 verilişində ifaçının aparıcı Zaur Kamala göndərdiyi səsli mesajı təqdim edilib. Zahid Əliyev mesajında aparıcıdan onu efirə dəvət etməsini istəyib:

“Zaur, təzə pal-paltar almışam. Türkiyədən də ağ klarnet gətizdirmişəm. Görək neyniyirik “5/5″ də”, -deyə musiqiçi bildirib.

Qeyd edək ki, Zahid Əliyev dünən 46 yaşında vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Nə düşünürsən?