Xəstəxanada güclü yanğın ölən və yaralananların sayı artıb

  • 18.12.2018
  • 0

Ötən gün Hindistanın Mumbay şəhərində dövlət xəstəxanalarından birində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 8-ə, xəsarət alanların isə 145-ə çatıb.

Ölənlər arasında 6 aylıq uşaq da olub. Yaralılardan 28-nin vəziyyəti çox ağır qiymətləndirilir.

Bundan əvvəl hadisə zamanı 6 nəfərin öldüyü, 108 nəfərin xəsarət aldığı bildirilirdi.

Yanğının dəqiq səbəbi hələ məlum olmasa da, ilkin ehtimala əsasən havalandırma sistemində qısa qapanmadan baş verdiyi deyilir.

Nə düşünürsən?