Papuqaya işgəncə verdiyi üçün saxlanıldı - 18+

  • 18.12.2018
  • 0

TV8-də yayımlanan “MasterChef ” verilişinin iştirakçısı olmuş Murad Özdəmir polis tərəfindən saxlanılıb.

A24.Az xəbər verir ki, buna səbəb qalmaqallı veriliş iştirakçısının papuqaya işkəncə verərkən çəkilmiş görüntüləridir. Belə ki, o görüntülərdə papuqayı boğaraq, quşa “Acun baba” dedirtmək istəyir. Boğulmaq üzrə olan papuqayın hətta onun barmağını da yaraladığı görünür. Videodan bəlli olur ki, Murad Özdəmir hadisə zamanı sərxoş vəziyyətdədir.

Görüntülər yayıldıqdan sonra Türkiyədə hadisəyə nazirlik səviyyəsində reaksiya gəlib. Ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli öz hesabında paylaşım edərək bu sarsıdıcı hadisə barədə işə başladıqlarını açıqlayıb.

Ardınca Murad Özdəmir evində saxlanılıb. Polis papuqayı da etibarlı yerə təhvil verib.

Nə düşünürsən?