Azərbaycanda daha bir şok! Keçmiş ər arvadının şəklini kişilərə göndərib, biabırçı sözlər yazdı

  • 18.12.2018
  • 0

“Keçmiş həyat yoldaşım şəklimin üstünə nalayiq ifadələr yazaraq kişilərə, tanımadığım şəxslərə göndərir. Bununla ondan ayrıldığım üçün məndən qisas almağı düşünür”.

Bu sözləri Femida.az -a Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Tahirova Nigar Aydın qızı bildirib. Onun sözlərinə görə, keçmiş əri bir neçə dəfə ona ciddi bədən xəsarətləri yetirib, haqqında rüsvayedici məlumatlar yayıb.

“ 2008-ci ildə Quba rayon sakini Orucov Kənan Tərxan oğlu ilə ailə həyatı qurdum. Hər şey öz istəyimizlə oldu. Onun ailəsi imkansız idi. Ev almağa pulları olmadığından kirayədə yaşayırdıq. Bir neçə müddətdən sonra yoldaşım evə içkili gəlməyə, məni döyməyə başladı. İçki almağa pulu olmayanda məni döyürdü, pulu verən kimi əl çəkirdi. Gördüm ki, bu cür yaşamaq olmayacaq. Həmin vaxt anam Türkiyədə işləyirdi. Bizsə, nənəmlə yaşayırdıq. Anama zəng vurub dedim ki, artıq bununla yaşaya bilmirəm. Təcili Azərbaycana qayıtmağını istədim. Anam gələndən sonra da problem düzəlmədi...”