Son dəqiqə! Nərmin Şahmarzadə üzr sitədi

  • 17.12.2018
  • 0

“Mən Mübariz İbrahimovu təhqir etməmişəm. Əgər valideynləri belə başa düşüblərsə, üzr istəyirəm”. A24.az xəbər verir ki, bunu Mübariz İbrahimovu təhqir etdiyi iddia olunan Nərmin Şahmarzadə facebook sosial şəbəkəsində açdığı canlı yayım zamanı bildirib. “Mən heç kəsin oğluna qatil deməmişəm. Ümumiyyətlə, statusumda və videomda elə bir söz yoxdur. Təəssüflər olsun ki, adam bunu eşidəndə yanlış şəkildə düşünə bilər. Düşünə bilər ki, mənim oğlumu təhqir ediblər, şərəf və ləyaqətini alçaldıblar. Amma yenə də deyirəm ki, mən heç kəsin şərəf və ləyaqətini alçaltmamışam. O adam (red: Mübariz İbrahimovun atasını nəzərdə tutur) yaralıdır, çünki oğul itirib. Oğul itimiş bir adama “sənin oğluna qatil deyiblər” deyə, şayiə və yalan məlumatlar vermək heç etik deyil. Əgər, bu xəbər onu incidibsə, pis təsir edibsə, Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm”, – deyə N.Şahmarzadə qeyd edib. Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb. O, eyni zamanda milli qəhrəmanı qəddarlıqda ittiham edib.

Nə düşünürsən?