Sumqayıtda qazı və lifti olmayan binanın sakinləri kəskin qışı qarşılamağa hazırlaşırlar

  • 17.12.2018
  • 0

Səkinə Mustafayevanın ailəsi Sumqayıtda Heydər Əliyev prospektində yerləşən 11 mərtəbəli binada 10 ildir yaşasa da, nə qaz üzü görüblər, nə də ki, işlək lift. Onlar çarəni qaz balonundan istifadədə görürlər. Qazsızlıq işıq pulunun da çox olmasına yol açır. Bina sakinləri qapısı açıq liftdən də narahatdırlar. Onlar həm yüksək mərtəbəli binaya çıxmaqda çətinlik çəkirlər, həm də balaca uşaqların ağzıı açıq liftdən yıxılmaqlarından.


Nə düşünürsən?