Telefon partladı, ev alışdı

  • 29.10.2017
  • 0

Uzun müddət cərəyanda saxlanılan telefon partlayıb və evdə yanğın baş verib. Xezerxeber.az-ın məlumatına görə, hadisə bir neçə gün öncə Bakının Xətai rayonunda baş verib. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ayin Məmmədov adlı izləyicinin dediyinə görə, telefonu yatarkən cərayana qoşublar. Gecə saatlarında partlayış səsinə oyanan ailə, xalçanın alışdıqını görüb. Vaxtında müdaxilə nəticəsində alovun qarşısını almaq mümkün olub. Ustalar isə telefonlarda partlama və alışmanın bir neçə səbəbdən başa verə biləcəyini deyirlər. Ustaların fikrincə, uzun müddət cərayanda saxlanılan telefonun əvvəl batareyası şişir sonra isə partlayış və yanğına səbəb olur. Yeni model telefonların arxa qapaqını açmaq mümkün olmadıqından onun batareyasının şişib-şişmədiyini də görmək mümkün olmur. Əgər telefonun enerjisi qısa zamanda boşalırsa bu da onun sıradan çıxamasının göstəricisidir. Soruğularımız isə ona göstərir ki, əksər istifadəçi məhz gecələr telefonu enerji ilə doldurur. Uzun müddət cərayanda qalan telefon təkcə yanğın deyil, eyni zamanda partlayış nəticəsində yaxınlıqda olan şəxslərin xəsrət almasınada səbəb ola bilər.

Nə düşünürsən?