DSX bu rayonlarda Ermənistanla sərhəddi qoruyacaq

  • 14.12.2018
  • 0

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin aprel ayının 30-da DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 5-ci “Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 1 gəminin təmə­lini qoyması, dəniz sərhəd­lərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşı­rıqlar verməsi, may ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının 13-cü sərhəd zastavasında sərhəd­çilərlə görüşməsi, Dövlət Sərhəd Xidmətinin fəaliy­yətini tənzimləyən normativ-hüquqi aktlarının təkmilləşdirilməsi, sərhədçi­lərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması barədə qərarlar verməsi, DSX əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, 3 orden, 41 medal, 8 fəxri adla təltif etdilməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yük­səkliyi ilə qarşılanmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azər­baycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman­danlığı altında son illər ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsi, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqi, şəxsi heyətin peşəkar hazırlığının yük­səl­dilməsi sahəsində ciddi nailiyyət­lərin əldə olunmasını, 2017-ci ildə mühüm struktur islahatların keçirilməsi, Dövlət Sərhəd Xid­mə­tinin tərkibində 4 silahlı birləşmənin -  Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüv­və­lərinin, Sahil Müha­fizə­sinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəa­liyyətin daha da optimallaş­dırılmasını, nəticə etibarilə Azərbaycan Sərhəd Müha­fizəsində qarşı­ya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan ciddi hərbi potensialın formalaşdırılmasını xüsusi vurğulamışdır.

Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını vermiş­dir.

Azərbaycan sərhədçisinə ciddi etimadın ifadəsi olan, Azərbaycan Res­pub­likasının dövlət sərhədinin tam mühafizə altına götürülmə­sinin əsasını qo­yan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunması, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Döv­lət Sər­həd Xid­mə­tinin Sərhəd Qoşunları tərəfindən təşkil olun­ması, hazırda bu istiqa­mət­də dövlət sərhədinin mühafizəsi sisteminin ya­ra­dıl­ması məqsədilə ardıcıl və dina­mik işlərin həyata keçirilməsi böyük qürurla qeyd olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ali Baş Komandanın bu qəra­rının Azərbaycan Respublikasının Müdafiə Na­zir­liyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni eh­tiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının güclən­dirilməsinə yönəlməsini əlavə etmişdir.

Nə düşünürsən?