Azərbaycanda ər ona xəyanət edən arvadını bağışladı, sonra isə...

  • 14.12.2018
  • 0

Cəlilabadın Günəşli kəndində qadın ərinə xəyanət edib.

Bu barədə kənd sakini İbrahim bəy Space TV-də yayımlanan “Gəl, dərdini danış” verilişində məlumat verib. Ər həyat yoldaşının başqa kişi ilə olan danışıqlarının səs yazısını efirdə təqdim edib.

Kənd sakini daş karxanasında işlədiyini və bir həftə işdə, bir həftə evdə olduğunu bildirib. O, hələ bir il əvvəl arvadının ona xəyanət etdiyini bildiyini, lakin onu bağışladığını söyləyib:

“14 ildir ki, evliyəm. Fəhləlik edirəm, ailəmi, 3 uşağımı, bacımı və onun uşaqlarına baxıram. Mən 1 il bundan qabaq yoldaşımın xəyanətini tutmuşdum. Telefon danışıqlarından bilmişdim. Amma onu 3 uşağımın xətrinə bağışladım ki, onların həyatını puç etməyim. Telefonu əlindən aldım, sındırdım. Sakit formada məsələ həll olundu. Sən demə, sonradan başqası ilə görüşməyə başlayıb. Bu oğlan onun iş yoldaşı idi. Bildim ki, bunlar Masallıda otelə, kafeyə gediblər. Soyuducunun üstündə telefon kartı tapdım. Öz telefonuma taxanda, mesajları, səs yazılarını gördüm”.

Nə düşünürsən?