Lavrov Bakıya Qarabağ sözü verdi?

  • 14.12.2018
  • 0

Qara dənizdə iqtisadi əməkdaşlıq potensialı əhəmiyyətli olaraq qalır, amma hələlik bunu tam həcmdə reallaşdırmaq mümkün olmur.

Axar.az xəbər verir ki, bunu Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Azərbaycanın sədrliyi simvolik olaraq “qarşılılıq əlaqələr vasitəsilə ticarətin stimullaşdırılması” şüarı ilə keçir. Qara dəniz regionu bir-birinə həm də tarixi və iqtisadi baxımdan sıx bağlı olan fərqli dövlətləri birləşdirir. Burada köhnə ticarət yolları kəsişir və yeni ticarət yolları, nəqliyyat və enerji dəhlizləri yaradılır, fərqli inteqrasiya layihələri gerçəkləşdirilir. Bununla da iqtisadi əməkdaşlıq potensialı əhəmiyyətli olur. Təəssüf ki, bunu tam həcmdə reallaşdırmaq hələlik mümkün olmur. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bu hədəfin effektiv həllinə faydalı təsir göstərə bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıyla Avrasiya İttifaqı arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması hər iki birlik üçün faydalı ola bilər:

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı digər çoxtərəfli strukturlarla yaxşı tərəfdaşlıq ənənəsinə sahibdir. Xatırladıram ki, əvvəllər təşkilatın Avrasiya İqtisadi Qrupu ilə produktiv əlaqələri tənzimlənib. İndi onun yerinə Avrasiya İqtisadi Birliyi yaradılıb və o, regionda inteqrasiya proseslərinin vacib faktoru olub”.

O, Qara Dənizi İqtisadi Əməkdaşlıq Təşkilatı məkanında regional əməkdaşlığın inkişafının önəmli olduğunu bildirib:

“Baltikyanı, ümumiyyətlə, Avropanın şimalında belə qarşılıqlı fəaliyyət uğurla gerçəkləşdirilir. Eyni prosesi bu təşkilatın himayədarlığı ilə bizim regionda da gerçəkləşdirmək olar”.

Lavrov Moskvanın Qara dəniz ətrafında dairəvi avtomagistralın yaradılmasının intensivləşdirilməsinin tərəfdarı olduğunu söyləyib. Nazir bunun regiondaxili ticarətin inkişafına, turistik və nəqliyyat sənayesindən investisiya axınının artmasına şərait yaradacağını deyib.

O, həmçinin 25 oktyabrda Qara Dəniz Əməkdaşlıq Təşkilatının Nəqliyyat Nazirləri Şurasının iclasında bununla bağlı sənədin üzv ölkələrdən birinin əsassız iddiaları ucbatından qəbul edilmədiyinə təəssüfləndiyini bildirib. Lavrov bunun hansı ölkə olduğunu açıqlamayıb.

Nə düşünürsən?